AZERFAX TV
“Yunayted” “Sabah”la oyun ərəfəsində çoxmilyonluq müqavilə imzaladı

“Mançester Yunayted” mobil və elektron ödəniş həlləri təqdim edən Böyük Britaniyada yerləşən “SumUp” fintech şirkəti ilə tərəfdaşlıq elan edib.
AZERFAX.AZ xəbər verir ki, şirkət “Mançester Yunayted” klubunun rəsmi tərəfdaşı olub. “SumUp” loqotipi bütün yarışlarda kişi, qadın və gənclər komandalarının formalarının qollarında yer alacaq.
BBC-nin məlumatına görə, müqavilə “çoxmilyonluq”dur.
Əvvəllər “DXC Technology” loqotipi formanın qolunda təsvir olunurdu. Klub və şirkətin dörd illik müqaviləsi bu yay başa çatıb.
“Yunayted” ÇL-in əsas mərhələsində “Sabah”ın rəqibidir. Bu komandalar arasında oyun sentyabrın 10-da Mançesterdə keçiriləcək.



