Ölkə

Məşhur döyüşçü şempanze ilə rinqə çıxacaq

Yeni Zelandiyadan olan MMA döyüşçüsü Cole Johnson verdiyi qərarla idman dünyasında böyük təəccüb yaradıb.

AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, peşəkar döyüşçü növbəti qarşılaşmasında insan rəqiblə deyil, yetkin şempanze ilə rinqə çıxacağını açıqlayıb.

Bildirilir ki, qeyri-adi qarşılaşmanın sentyabrın 11-də keçirilməsi və canlı yayımlanması planlaşdırılır. Lakin döyüşün hansı qaydalar əsasında təşkil olunacağı və təhlükəsizlik tədbirlərinin necə həyata keçiriləcəyi barədə hələlik ətraflı məlumat verilməyib.

Qərar sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olub. Heyvansevərlər şempanzenin belə bir qarşılaşmaya cəlb edilməsinə etiraz edərək təşkilata qarşı çağırışlar ediblər.

MMA tarixində olduqca qeyri-adi hadisə kimi qiymətləndirilən bu qarşılaşmanın baş tutub-tutmayacağı və təşkilatçıların təhlükəsizlik məsələsini necə həll edəcəyi isə maraq doğurur.

Related Articles

Bir cavab yazın

Back to top button