Ölkə
Azərbaycanın xarici dövlət borcu azalıb


Bu il sentyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 559,5 milyon ABŞ dolları təşkil edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, ötən il sentyabrın 1-nə nisbətən 7,8 % azdır.
Təkcə avqustda ölkənin xarici dövlət borcu 31,3 milyon ABŞ dolları azalıb.
Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb.



