AZERFAX TV

İslandiya baş nazirindən Trampa tənqid: Gülməli deyilsən!

İslandiya baş naziri Kristrun Frostadottir ABŞ prezidenti Donald Trampın adanı “ABŞ ərazisi” kimi təsvir edən xəritə paylaşımına münasibət bildirib.

AZERFAX.AZ xəbər verir ki, Frostadottir və İslandiya xarici işlər naziri Thorgerdur Katrin Qunnarsdottir sözügedən paylaşımla bağlı birgə mətbuat konfransı keçiriblər.

Frostadottir Trampın bu addımını “gülünc” adlandırıb: “Bu ifadə tərzi islandiyalılara, kanadalılara və qrenlandiyalılara qarşı açıq bir təhqirdir. Biz bu barədə aydın olmalıyıq. Millətlərin suverenliyini lağa qoymaq gülməli və ya normal deyil”.

Gunnarsdottir isə paylaşımı “yersiz” adlandırıb və İslandiyanın müstəqil bir dövlət olduğunu vurğulayıb.

Müəllif: Roza

Related Articles

Bir cavab yazın

Back to top button