AZERFAX TV
“iPhone” qiymətləri rəsmi olaraq qalxdı

“Apple” şirkəti yeni “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” smartfonlarını rəsmi olaraq təqdim edib.
AZERFAX.AZ xəbər verir ki, cihazların dizaynında böyük dəyişim yoxdur.
Hər iki modeldə yaddaş seçimləri 256 GB, 512 GB, 1 TB və 2 TB-dır.
“iPhone” qiymətləri də rəsmi olaraq qalxıb. Belə ki, “iPhone 18 Pro”nun başlanğıc qiyməti 1,199 dollar “iPhone 18 Pro Max”ın başlanğıc qiyməti isə $1,299 dollardır.
Bu, keçənilki Pro modellərlə müqayisədə 100 dollar bahalaşma deməkdir.



