Ölkə

Tarixi uğurdan sonra baş məşqçi barədə qərar verildi

DÇ-2026-da iştirak etməklə tarix yazan Kurasao millisinin baş məşqçisi Dik Advokatın müqaviləsi daha bir il uzadılıb.

AZERFAX.AZ xəbər verir ki, Kurasao Futbol Federasiyası 78 yaşlı mütəxəssislə yeni müqavilə imzalayıb. Məlumata görə, tərəflər arasında anlaşma bir il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, 156 min əhalisi olan Kurasao dünya çempionatının tarixində turnirdə iştirak edən ən az əhaliyə malik ölkə kimi rekord müəyyənləşdirib. Komanda E qrupunda Almaniya, Ekvador və Kot-d’İvuarla mübarizə aparıb. Kurasao qrup mərhələsini 1 xalla sonuncu pillədə başa vuraraq mübarizəni dayandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button