Ölkə
Müxalifət lideri Ərdoğana 800 min təzminat ödəyəcək


Türkiyənin əsas müxalifət təşkilatlarından olan Yeni Partiyanın sədri Özgür Özəl Prezident Rəcəb Tayyib Ərdoğana qarşı səsləndirdiyi ifadələrə görə 800 min lirə təzminat ödəməli olacaq.
AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə Ərdoğanın Özəl haqqında qaldırdığı mənəvi təzminat iddiası üzrə qərar qəbul edib. Qərara əsasən, Yeni Partiya liderinin prezidentə qarşı işlətdiyi ifadələrə görə 800 min lirə (təxminən 240 min manat) təzminat ödəməsi nəzərdə tutulub.
Məhkəmənin qərarı Türkiyə siyasi gündəmində də müzakirələrə səbəb olub. Tərəflərin bundan sonra hüquqi prosedur çərçivəsində atacağı addımlar maraqla gözlənilir.



