Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçdi


Türkiyədə xərçəng xəstəliklərinin erkən aşkarlanması məqsədilə həyata keçirilən genişmiqyaslı skrininq proqramları çərçivəsində milyonlarla insan müayinədən keçirilib.
AZERFAX.AZ xəbər verir ki, ölkə üzrə aparılan yoxlamalar zamanı indiyədək 16,1 milyondan çox insan xərçəng skrininqinə cəlb olunub.
Müayinələrin nəticələrinə əsasən, 36 min nəfərdə xərçəng xəstəliyi erkən mərhələdə aşkarlanıb. Həmin şəxslər əlavə müayinə və müalicə üçün ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.
Skrininq proqramları yalnız böyük şəhərləri deyil, ucqar yaşayış məntəqələrini də əhatə edib. Xüsusi səyyar tibb avtomobilləri və briqadalar vasitəsilə kənd və əlçatanlığı məhdud ərazilərdə yaşayan 515 mindən çox şəxs yerində müayinədən keçirilib.
Proqramın əsas məqsədi xərçəng xəstəliklərinin mümkün qədər erkən mərhələdə müəyyənləşdirilməsi və vaxtında müalicəyə başlanılmasıdır.



