AZERFAX TV

AFFA prezidenti “Sabah”a uğurlar arzuladı

AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan çempionu “Sabah” futbol klubuna UEFA Çempionlar Liqasının əsas mərhələsində uğurlar arzulayıb.

AZERFAX.AZ xəbər verir ki, qurum rəhbəri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Azərbaycan çempionu “Sabah” futbol klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayır.

Komandamıza bu nüfuzlu turnirdə uğurlar arzulayıram. İnanıram ki, futbolçularımız əzmkar mübarizə və baxımlı oyun nümayiş etdirərək azarkeşlərə əsl futbol həyəcanı yaşadacaqlar”, – deyə Rövşən Nəcəf bildirib.

Qeyd edək ki, “Sabah” qitənin ən nüfuzlu klub turnirində ilk oyununu səfərdə İngiltərə təmsilçisi “Mançester Yunayted”ə qarşı keçirəcək. Sözügedən görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Related Articles

Bir cavab yazın

Back to top button