Ölkə

“Qalatasaray” hakimdən UEFA-ya şikayət edəcək

“Qalatasaray” UEFA Çempionlar Liqasının ilk turunda “Sportinq”ə qarşı keçirilən oyunda hakim qərarlarından narazı qalıb.

AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisi qarşılaşmanın baş hakimi Espen Eskasın idarəçiliyindən UEFA-ya şikayət etməyə hazırlaşır.

“Sportinq”ə 3:1 hesabı ilə məğlub olan “Qalatasaray”ın etirazına səbəb bir neçə mübahisəli qərar olub. Xüsusilə ilk hissədə Sergi Altimiraya qarşı sərt müdaxiləyə yalnız sarı vərəqə göstərilməsi, ikinci hissədə isə “Sportinq”in lehinə penalti təyin olunması İstanbul klubunun narazılığına səbəb olub. VAR hakimi Kristian Dinqert də hər iki epizodda baş hakimin qərarına müdaxilə etməyib.

Baş məşqçi Okan Buruk da matçdan sonra hakimə sərt reaksiya verib. O, hakim qərarlarının qarşılaşmanın nəticəsinə birbaşa təsir etdiyini bildirib. “Qalatasaray” rəhbərliyinin isə sözügedən qərarlarla bağlı UEFA-ya rəsmi müraciət edəcəyi gözlənilir.

Related Articles

Bir cavab yazın

Back to top button