AZERFAX TV
Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Bakı və Ankara arasında Azərbaycan-Türkiyə V Enerji Forumuna dair protokol imzalanıb.
AZERFAX.AZ xəbər verir ki, sənədi Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzalayıblar.
Bu gün Bakıda Azərbaycan-Türkiyə V Enerji Forumu keçirilib. Forumda karbohidrogen və neft-kimya, enerji səmərəliliyi, elektrik enerjisi bazarı, bərpa olunan enerji, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələr aparılıb.
Xatırladaq ki, ilk Forum 2021-ci il dekabrın 21-22-də Bakıda, II Forum 2022-ci il oktyabrın 5-6-da İstanbulda, III Forum 2023-cü il sentyabrın 28-29-da Naxçıvanda, IV Forum isə 2025-ci il sentyabrın 4-də İzmirdə keçirilib.



