Ölkə

Qərb milli maraqlarını qoruyan ölkələri sanksiyalarla hədələyir

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin öz milli maraqlarını müdafiə edən dövlətlərə qarşı ikinci dərəcəli sanksiyalarla hədələdiyini bildirib.

AZERFAX.AZ xəbər verir ki, Vladimir Putin bunu Yeni Dehlidə keçirilən BRICS biznes forumunda çıxışı zamanı deyib.

Rusiya liderinin sözlərinə görə, beynəlxalq nəqliyyat dəhlizlərinin qarşısının alınması və dəniz gəmilərinin ələ keçirilməsi istiqamətində cəhdlər edilir.

“Başqalarının maraqlarına uyğun hərəkət etməyə razı olmayan və öz milli maraqlarını müdafiə edən ölkələrə qarşı qanunsuz məhdudiyyətlər tətbiq edilir, eyni zamanda ikinci dərəcəli sanksiyalarla hədələnirlər”, – Putin bildirib.

O, Rusiyaya qarşı 30 mindən çox sanksiyanın tətbiq edildiyini vurğulayıb. Putinin sözlərinə görə, bu, dünyanın digər ölkələrinə qarşı tətbiq olunan sanksiyaların ümumi sayından təxminən iki dəfə çoxdur.

Qeyd edək ki, Vladimir Putin sentyabrın 11-də üçgünlük səfər çərçivəsində Hindistana gəlib. O, artıq Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlar aparıb.

Related Articles

Bir cavab yazın

Back to top button