AZERFAX TV

ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi

ABŞ-;n Azərbaycandakı Səfirliyinin kollektivi 11 sentyabr 2001-ci il terror hücumları və onların nəticələri zamanı həyatını itirən 3 minə yaxın insanın xatirəsini yad etmək üçün bir araya gəlib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə ABŞ-;n diplomatik nümayəndəliyinin “X”dəki paylaşımında qeyd olunub.

Hücumlardan sonra Azərbaycan da daxil olmaqla, dünyanın bir çox ölkəsinin ABŞ-a nümayiş etdirdiyi həmrəylik xatırladılıb.

“ABŞ və Azərbaycan hərbçiləri Əfqanıstanda koalisiya qüvvələrinin tərkibində çiyin-çiyinə xidmət ediblər. Qlobal terrorizmə qarşı birgə mübarizəmizə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq”, – paylaşımda vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button