Ölkə

Faciəli şəkildə ölən bacı və qardaş dəfn edildi

Xəbər verdiyimiz kimi, ötən gün Rusiyada azərbaycanlı bacı-qardaşın ölümü ilə nəticələnən faciə baş verib.

AZERFAX.AZ-ın bölgə müxbiri xəbər verir ki, hadisə Vlodimir şəhərində qeydə alınıb.

Əslən Ucar rayonunun Yuxarı Şilyan kəndindən olan 1959-cu il təvəllüdlü Füzuli Baxış oğlu Baxışov və onun bacısı, 1975-ci il təvəllüdlü Zərnişan Baxış qızı Baxışova faciəvi şəkildə həyatlarını itiriblər.

Ailə üzvlərinin sözlərinə görə, dünyasını dəyişən bacı və qardaş 30 ildən çoxdur ki, rusiyada ticarətlə məşğul olublar. Məhz bədbəxt hadisə onlar ticarət üçün alış-veriş etməyə Vlodimir şəhərinə gedən zaman yolda baş verib. F.Baxışov bacısı ilə birlikdə özünə məxsus “Lada” markalı minik maşını ilə hərəkətdə olarkən böyük tıxacla üzləşiblər. Tıxacda iki yük maşınının arasında qalan bacı-qardaş ağır xəsarətlər alıb. Onların hər ikisi hadisə yerində həyatını itirib.

Xatırladaq ki, mərhumların nəşləri sentyabrın 10-u tarixində Azərbaycana gətirilib. Füzuli Baxışov və Zərnişan Baxışova doğulduqları Ucar rayonunun Yuxarı Şilyan kəndində torpağa tapşırılıblar.

Ətraflı videoda:

Related Articles

Bir cavab yazın

Back to top button