AZERFAX TV

İsrail ordusu HƏMAS-ın iki hərbi komandirini zərərsizləşdirdi

İsrail hərbçiləri nöqtəvi zərbələrlə Qəzza zolağında radikal Fələstin HƏMAS hərəkatının silahlı dəstələrinin 2 komandirini zərərsizləşdirib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onlardan biri HƏMAS-ın Xan-Yunis şəhərindəki hərbi qanadının komandiri Məhəmməd Yəzuridir. O, sentyabrın 11-nə keçən gecə öldürülüb. Onunla birlikdə HƏMAS-ın eyni bölməsindən daha iki radikal da məhv edilib.

Digər əməliyyat zamanı isə Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhəri ərazisində Müamən Cabir əs-Səid Əbu Ləbda zərərsizləşdirilib. O, Rəfahda HƏMAS-ın snayperlər bölməsinə komandirlik edib.

Related Articles

Bir cavab yazın

Back to top button