Bu kənddə cəmi bir nəfər yaşayır


Portuqaliyanın Lusa dağlarında yerləşən tarixi Talasnal kəndi uzun illər ərzində davam edən köçlər nəticəsində demək olar ki, tamamilə boşalıb.
AZERFAX.AZ xəbər verir ki, vaxtilə 135 nəfərin yaşadığı kənddə hazırda yalnız bir nəfər daimi sakin qalıb. Məlumata görə, 1911-ci ildə kəndin 129 sakini və məktəbi olub. Dağlıq ərazi, məhdud əkin imkanları və nəqliyyat çətinlikləri səbəbindən sakinlər zamanla Lusa və Lissabonla yanaşı, Braziliya və ABŞ-yə köçüblər. Bildirilir ki, kəndin əhalisi 1960-cı ildə 90 nəfərə, 1970-ci ildə isə 59 nəfərə qədər azalıb. Hazırda kəndin yeganə sakini Jorge adlı kişidir və o, buradakı tək poçt qutusunun da sahibidir.
Məlumata görə, oğlunun tövsiyələrindən sonra kəndi ziyarət edən Jorge sonradan Talasnalda məskunlaşıb və gələn turistlərə xidmət göstərərək dolanışığını təmin edir.



