Ölkə
Yeni tədris ilinin başlanması ilə hansı ekspres avtobuslar istifadəyə veriləcək?


Yeni tədris ilinin başlanması ilə əlaqədar bəzi ərazilər üzrə əlavə avtobuslar istifadəyə veriləcək.
AZERFAX.AZ Xezerxeber.az-a istinadən xəbər verir ki, Yerüstü Nəqliyyat Agentliyi alternativ daşınmaların təmin edilməsi məqsədilə 7 ekspres marşrut təşkil edib. Sabahdan isə daha bir ekspres marşrut xətti təşkil ediləcək
Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, tədris mövsümünün başlaması ilə əlaqədar 100-dən çox əlavə avtobus istismara veriləcək . bu isə xətlərdə olan avtobusların sayına görə son illərin rekord göstəricisi hesab edilir.
O da qeyd olunub ki, avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək təşkil ediləcək.



