Hakan Fidan Rubio ilə Azərbaycan-Ermənistan münasibətlərini də müzakirə etdi – VİDEO

Türkiyə Respublikasının Xarici işlər naziri Hakan Fidan ilə amerikalı həmkarı Marko Rubio arasında ABŞ Dövlət Departamentində ikitərəfli və regional məsələlərin müzakirə olunduğu görüş başa çatıb.
AZERFAX.az TRT Haber- ə istinadən xəbər verir ki, mənbələr hər iki tərəfin müdafiə sənayesində əməkdaşlığa maneələrin aradan qaldırılması üçün siyasi iradələrini açıq şəkildə nümayiş etdirdiklərini və mövcud problemlərin həlli üçün iki tərəf arasında texniki danışıqların aparılacağını bildiriblər.
Görüş zamanı Suriya administrasiyası ilə əlaqənin vacibliyini vurğulanıb və Suriyada sabitliyin təmin edilməsi, terrorla mübarizədə qətiyyətli olduqlarını ifadə etdikləri bildirilıb.
Türkiyənin xarici işlər naziri Qəzzada daimi atəşkəsin yaradılması lazım olduğunu diqqətə çatdırıb və bu məsələnin regional sülh üçün əhəmiyyətini vurğulayıb.
İki tərəfli görüşdə Rusiya ilə Ukrayna arasında atəşkəsin yaradılması səylərinin müzakirə edildiyi və Türkiyənin bu mövzuda ABŞ-ın irəli sürdüyü səyləri dəstəklədiyi bildirilib.
Mənbə bildirib ki, Hakan Fidan ilə Marko Rubio dövlət başçıları səviyyəsində qarşıdakı səfərləri, Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər.