Ərdoğan bunu “reallığa çevrilmiş arzu” adlandırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin səhiyyə sistemində həyata keçirilən böyükmiqyaslı yatırımların və şəhər xəstəxanaları şəbəkəsinin yaradılmasının COVID-19 pandemiyası zamanı mühüm rol oynadığını bildirib.
AZERFAX.AZ xəbər verir ki, Ərdoğan bu sözləri Samsun şəhər xəstəxanasının açılış mərasimində səsləndirib.
Türkiyə lideri şəhər xəstəxanalarının yaradılmasını “reallığa çevrilmiş arzu” kimi qiymətləndirib. O bildirib ki, ölkədə hazırda 27 şəhər xəstəxanası fəaliyyət göstərir. Yaxın dövrdə bütün zəruri imkanlarla təchiz olunmuş daha 13 müasir şəhər xəstəxanasının istifadəyə verilməsi planlaşdırılır. Daha 8 xəstəxana isə hazırda layihələndirmə mərhələsindədir.
Ərdoğan Türkiyənin səhiyyə sisteminin dünyada nümunəvi hesab olunan səviyyəyə çatdığını vurğulayıb.



