Ölkə

Zelenski keçmiş mətbuat katibinə qarşı sanksiya tətbiq etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin keçmiş mətbuat katibi Yuliya Mendelin də daxil olduğu 10 nəfərə qarşı sanksiyaların tətbiqi ilə bağlı qərar qəbul edib.

AZERFAX.AZ xəbər verir ki, məlumata görə, Mendel Ukrayna hökumətinin dezinformasiya yaymaqda və Rusiya təbliğatını həyata keçirməkdə ittiham etdiyi şəxslərin siyahısına daxil edilib.

Tətbiq olunan sanksiyalar Ukraynada aktivlərin bloklanması, lisenziyaların ləğvi və digər məhdudlaşdırıcı tədbirləri nəzərdə tutur.

Yuliya Mendel 2019–2021-ci illərdə Volodimir Zelenskinin mətbuat katibi vəzifəsində çalışıb. Son aylarda isə o, Ukrayna prezidentini və hökumətin qəbul etdiyi bəzi qərarları açıq şəkildə tənqid edib.

Related Articles

Bir cavab yazın

Back to top button