Ölkə

Azərbaycan və Türkiyə dezinformasiyaya qarşı əməkdaşlığı gücləndirir

Azərbaycan və Türkiyə media və kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən dezinformasiyaya qarşı birgə mübarizənin gücləndirilməsi məsələlərini müzakirə ediblər.

AZERFAX.AZ xəbər verir ki, sentyabrın 14-də Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında media və kommunikasiya sahəsində mövcud əlaqələrin əhəmiyyəti vurğulanıb. Tərəflər müasir informasiya mühitində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və dezinformasiyaya qarşı koordinasiyalı fəaliyyətin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Ferhat Pirinççi rəqəmsal transformasiyanın media və kommunikasiya sektoruna gətirdiyi yeni imkanlardan danışıb. Yeni media vasitələrindən daha səmərəli istifadə, müasir kommunikasiya üsullarının inkişaf etdirilməsi, eləcə də Azərbaycan və Türkiyə media nümayəndələri arasında peşəkar əlaqələrin genişləndirilməsi müzakirə olunub.

Görüşdə, həmçinin iki ölkənin media qurumları arasında birgə təşəbbüslərin artırılması, müasir informasiya çağırışlarına qarşı koordinasiyalı yanaşmanın formalaşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Related Articles

Bir cavab yazın

Back to top button