Ölkə
Rusiya və Ukrayna enerji obyektlərinə zərbə endirməməyə razılaşıb


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna və Rusiya tərəfləri bir-birinin enerji obyektlərinə zərbələr endirməmək barədə razılığa gəliblər.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb:
“Ukrayna Rusiyanın enerji infrastrukturuna zərbələr endirməməyə razılaşıb. Rusiya da Ukraynanın enerji infrastrukturuna belə zərbələr endirməməyə razılıq verib”.
O, həmçinin bir daha qeyd edib ki, onun fikrincə, dünyada dizel yanacağının qiymətinin artmasına əsasən Rusiya-Ukrayna müharibəsi səbəb olub, İran deyil.



