Ölkə

Okan qərarını verdi: “Qalatasaray”da 3 ulduz “sönəcək”

“Qalatasaray”da uğurlu nəticə göstərə bilməyən futbolçularla bağlı qərar verildiyi iddia olunur. Baş məşqçi Okan Burukun qış transfer dönəmində üç futbolçu ilə yolların ayrılmasına razılıq verdiyi bildirilir.

AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul klubunda Vilfried Singo, Kaan Ayhan və İlkay Gündoğanla yolların ayrılması gündəmdədir. Üç futbolçunun yeni mövsümün ilk həftələrində çox az oyun şansı qazanması bu qərarın əsas səbəblərindən biri kimi göstərilir.

35 yaşlı İlkay Gündoğan bu mövsüm İstanbul təmsilçisinin heyətində cəmi iki qarşılaşmada meydana çıxıb. Təcrübəli yarımmüdafiəçi həmin oyunlarda ümumilikdə 11 dəqiqə forma geyinib.

Kaan Ayhan isə “Qalatasaray”ın Çempionlar Liqası üçün təqdim etdiyi heyətə daxil edilməyib. 31 yaşlı futbolçu bu mövsüm cəmi 1 dəqiqə meydanda olub.

Singo da zədə problemləri səbəbindən komandaya istədiyi töhfəni verə bilməyib. Fildişi Sahilindən olan müdafiəçi bu mövsüm iki oyunda meydana çıxıb və ümumilikdə 41 dəqiqə forma geyinib.

Related Articles

Bir cavab yazın

Back to top button