Ölkə

Hörmüz boğazında neft tankeri yandı

Hörmüz boğazında hərəkət edən neft tankeri dəniz minasına çırpıldıqdan sonra güclü partlayış baş verib. Hadisə nəticəsində gəmi tamamilə yanıb.

AZERFAX.AZ “Tasnim”ə istinadən xəbər verir ki, hadisə boğazın cənub hissəsində baş verib.

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, “Algaya” adlı tanker keçid üçün qadağan olunmuş əraziyə daxil olub. Gəmi burada dəniz minasına toxunduqdan sonra partlayış baş verib və yanğın başlayıb.

Yanğının qarşısını almaq və tankeri nəzarətə götürmək üçün aparılan işlər nəticə verməyib. Nəticədə gəmi tamamilə yanıb.

SEPAH qeyd edib ki, ərazinin təhlükəli olduğu barədə daha əvvəl xəbərdarlıq edilib. İran tərəfi həmçinin Hörmüz boğazının bağlı olduğunu və ərazidə nəzarətin SEPAH Hərbi Dəniz Qüvvələrində qaldığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button