“Qara kart” göstəriləcək – Futbolda yenilik


Rumıniya Futbol Federasiyası müzakirələrə səbəb olan yeniliyə imza atıb. Federasiyanın qərarı ilə bundan sonra təkcə futbolçulara deyil, azarkeşlərə də kart göstəriləcək.
AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, bu qərarın qəbul edilməsində məqsəd azarkeşlərin qanunsuz hərəkətlərinin qarşısını almaq və tribunalarda sakitliyi təmin etməkdir.
Yeni qərara əsasən, hakim meydana çıxarkən onun üzərində sarı və qırmızı kartla yanaşı, qara kart da olacaq. Qara kart ilk dəfə çıxarilması azarkeşlərə xəbərdarlıq məqsədi daşıyacaq. Hakimin ikinci dəfə qara kart göstərməsi oyunun 10 dəqiqə müddətində dayandırılmasi ilə nəticələnəcək. Qara kartın üçüncü dəfə çıxarılması matçın təxirə salınmasına səbəb olacaq.
Rumıniya Futbol Federasiyasının rəsmiləri bu yolla stadiondakı özbaşınalıqların qarşıSının alinacağına ümid edirlər.



