Siyasət

Paşinyan: “Hesab edirəm ki, Qarabağ hərəkatı davam etməməlidir”

Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane oldu.

AZERFAX.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə “Hökumət saatı”nda bildirib.

“Xüsusilə, hökumətin hesabatlarının müzakirəsi zamanı söylədiklərimdən sonra, mövqeyimi birbaşa ifadə etməsəm, səmimi olmaram. O zaman qeyd etdim ki, Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane olmaq üçün istifadə edilib. Buna görə də birmənalı olaraq hesab edirəm ki, Qarabağ hərəkatı davam etməməlidir”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, Qarabağ hərəkatının davam etdirilməsindən imtina məntiqində ATƏT-in Minsk qrupunun buraxılması məsələsinin müzakirəsini mümkün hesab edir.

Bununla belə, Paşinyan bu məsələ ilə bağlı yekun qərarın qəbul edilməsində tələsmədiyini etiraf edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button