“Mançester Yunayted” məşqçini qovmağa hazırlaşır

İngiltərə millisinin keçmiş oyunçusu Qabriel Aqbonlahor Maykl Kerrikin tezliklə “Mançester Yunayted”in baş məşqçisi vəzifəsindən kənarlaşdırıla biləcəyini iddia edib.
“Mançester Yunayted” dörd oyundan sonra Premyer Liqa turnir cədvəlində 13-cü yerdədir. “Qırmızı şeytanlar” son oyunda evdə “Brayton”a 2:3 hesabı ilə uduzaraq Liqa Kubokundan kənarlaşdırılıb.
AZERFAX.AZ xəbər verir ki, Aqbonlahor “talkSPORT”a bildirib:
“Əgər belə davam edərsə, bu həftə sonu səfərdə “Fulham”ə uduzsalar … ondan sonra milli komandalarla bağlı fasilə yaranacaq.
“Mançester Yunayted”in yerinə kim olsa, bu fasilədən yararlanar, artıq kiminlə müqavilə imzalaya biləcəklərini, kiminlə danışa biləcəklərini götür-qoy edərdilər.
Növbəti dörd-beş oyunda heç nə dəyişməsə, “Mançester Yunayted” məşqçi dəyişikliyi edə bilər. Amma hələlik Kerriklə davam edəcəklər”.
“Mançester Yunayted” sentyabrın 20-si, bazar günü səfərdə “Fulhem”lə qarşılaşacaq.



