Çalışacağıq ki, yeni gələn futbolçulara çox şans verək


Dörd-beş futbolçumuz toplanışa gec qoşuldu. Çalışacağıq ki, yeni gələn futbolçulara daha çox şans verək. Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq.
AZERFAX.AZ xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Tacikistan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
“İlk növbədə sabah Tacikistana qalib gəlməliyik. Rəqib 2026-cı ildə məğlub olmayıb. Bilirsiniz ki, hazırda boşda olan rəqib tapmaq çətindir. Tacikistan bura gəlib, bizlə oynamağa razı oldu”, – deyə mütəxəssis qeyd edib.
O, heyətin geniş olduğunu söyləyib: “Elə futbolçular olacaq ki, dörd oyunun hamısında çıxış edəcək. Bütün futbolçularımız diqqətimizdədir. Nəriman Axundzadəyə gəlincə, ABŞ-də olanda xoşbəxt deyildi. Çünki yay toplanışında da bizə demişdi ki, oynamaq istədiyim yerə getmək istəyirəm. “Ərzurumspor”da son matçlarda şans tapa bilmir. Nəriman öz üzərində işləyən futbolçudur. Daha çox praktika qazanması üçün U-21 milliyə göndərdik”.



