AZERFAX TV
İran qazı Azərbaycan ərazisindən keçəcək

İrandan Rusiyaya qaz nəqlinə imkan verəcək qaz kəmərinin tikintisi, əsasən, Moskvanın maliyyəsi hesabına həyata keçiriləcək.
AZERFAX.AZ xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.
O, qaz kəmərinin Azərbaycan ərazisindən keçəcəyini dəqiqləşdirib və layihəni dəstəkləyənlərə təşəkkür edib:
“Əsas maliyyələşmə Rusiyadan gələcək. Lakin bu layihə üzərində hər üç ölkə – Rusiya, İran və Azərbaycan – birlikdə işləyir”. (Bakupost.az)



