Ölkə
Zelenskinin Moskvaya dəvət edilməsi xəbəri təkzib olundu


Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Moskvaya getməsi barədə təklif irəli sürülməyib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Financial Times” qəzetinin müxbiri Kristofer Miller Ukrayna prezidentinin ofisindəki mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Ukrayna liderinə belə bir təklif irəli sürməsi barədə məlumat həqiqəti əks etdirmir.
Bildirilir ki, Tramp, Putin və Zelenski arasında mümkün üçtərəfli görüş məsələsi müzakirə olunub. Lakin bu müzakirələr zamanı Zelenskinin danışıqlar üçün Moskvaya getməsi ilə bağlı təklif səsləndirilməyib.



