REGİONAL SU MELİORASİYA QSC: MÜASİR ÇAĞIRIŞLAR, YENİ YANAŞMALAR, DAYANIQLI İNKİŞAF

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya QSC müasir dövrün tələblərinə uyğun olaraq idarəetmə və xidmət fəlsəfəsini yeniləyir, fəaliyyətini təkmilləşmə, innovativ yanaşmalar və səmərəlilik prinsipləri üzərində qurur. Məqsəd yalnız mövcud su təsərrüfatı infrastrukturunun istismarını təmin etmək deyil, həm də vətəndaş məmnunluğunu yüksəltmək, müraciətlərə operativ münasibət göstərmək, şəffaflığı və xidmət keyfiyyətini yeni mərhələyə daşımaqdır.
Yeni yanaşmaların əsas hədəflərindən biri də kənd təsərrüfatının inkişafına, fermerlərin su təminatının yaxşılaşdırılmasına və su ehtiyatlarından daha səmərəli istifadəyə töhfə verməkdir. Çünki su təsərrüfatında hər bir yenilik, hər bir texniki və idarəetmə təkmilləşməsi təkcə istehsal göstəricilərinə deyil, bütövlükdə regionların sosial-iqtisadi inkişafına xidmət edir. Dəyişən zaman yeni düşüncə, yeni idarəetmə və daha yüksək məsuliyyət tələb edir. Regional Su Meliorasiya QSC bu çağırışlara uyğun inkişaf yolunu hədəfləyir.



