Ölkə

Cinpin İlk dəfə ABŞ prezidentini şəxsən qarşıladı

Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampı APEC sammitində iştirak etmək üçün Şençjen şəhərinə gəlişi zamanı hava limanında şəxsən qarşılayıb.

AZERFAX.AZ xəbər verir ki, bununla da Si Cinpin indiyədək heç bir ABŞ prezidentini hava limanında qarşılamadığı halda, Tramp üçün bu ənənəni pozub. Şençjen Baoan Beynəlxalq Hava Limanında baş tutan qarşılanma zamanı iki lider qucaqlaşıb. Daha sonra hərbi təyyarələrin nümayişi və dövlət himnlərinin səsləndirilməsi ilə müşayiət olunan mərasim keçirilib. Tramp və Si Cinpin qırmızı xalça üzərində birgə addımladıqdan sonra ABŞ prezidenti avtomobilinə minərək ərazidən ayrılıb.

Qeyd edək ki, Tramp da sentyabr ayında ABŞ-yə səfər edən Si Cinpini Endryus Hərbi Hava Bazasının ərazisində şəxsən qarşılamışdı. Rusiya Prezidenti Vladimir Putini isə Şençjenə gəlişi zamanı Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü Say Tsi qarşılayıb.

Foto: “Associated press”

Related Articles

Bir cavab yazın

Back to top button