Ölkə

“Qalatasaray”ın sabiq ulduzu karyerasını başa vurdu

İspaniyalı futbolçu Xuan Mata 38 yaşında karyerasını başa vurub.

AZERFAX.AZ xəbər verir ki, təcrübəli yarımmüdafiəçi qərarını sosial media hesabında açıqlayıb. O, futbola təşəkkürünü bildirərək butslarını asdığı anları əks etdirən video da paylaşıb. Karyerasına “Real Oviedo”nun akademiyasında başlayan Mata daha sonra “Real Madrid”in aşağı yaş qruplarında çıxış edib. O, peşəkar karyerası ərzində “Valensiya”, “Çelsi”, “Mançester Yunayted”, “Qalatasaray”, “Vissel Kobe”, “Vestern Sidney Uonderers” və “Melburn Viktori” klublarının formasını geyinib.

Məlumata görə, futbolçu klub karyerasında 699 rəsmi matçda meydana çıxaraq 148 qol vurub və 166 məhsuldar ötürmə edib. İspaniya millisində isə 41 oyun keçirib və 10 qola imza atıb. Mata 2010-cu ildə dünya çempionu, 2012-ci ildə isə Avropa çempionu olub. O, həmçinin “Çelsi” ilə 2012-ci ildə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.

İspaniyalı futbolçu karyerası ərzində Çempionlar Liqası, Avropa Liqası, İngiltərə kubokları, Türkiyə Super Liqası və Yaponiya çempionatı da daxil olmaqla bir sıra titullara sahib çıxıb.Qeyd edək ki, Xuan Mata 2022-2023-cü illərdə “Qalatasaray”da çıxış edib. O, İstanbul təmsilçisinin heyətində 18 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Related Articles

Bir cavab yazın

Back to top button