AZERFAX TV
İspaniya İngiltərəni səfərdə məğlub etdi

Millətlər Liqasının qrup mərhələsinin birinci turunda İspaniya İngiltərəni məğlub edib.
AZERFAX.AZ xəbər verir ki, Londonda keçirilən qarşılaşma 3:2 hesabı ilə başa çatıb.
Matçın ikinci dəqiqəsində ispaniyalı Lamin Yamal hesabı açıb.
Birinci hissənin sonunda Entoni Qordon və Harri Kеyn dəqiq zərbələrlə İngiltərəni irəli çıxarıblar.
Aleks Baena 60-cı dəqiqədə hesabı bərabərləşdirib, Mikel Oyarsabal isə 74-cü dəqiqədə İspaniyanı önə çıxarıb.
Hüseyn İbadlı



