Bu ölkənin BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyi irəli sürülüb


Tacikistan 2028-2029-cu illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü yeri üçün namizədliyini irəli sürüb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Sirociddin Muhriddin Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən ümumi siyasi müzakirələr zamanı çıxışında bildirib.
“BMT-ni gücləndirmək üçün daha böyük məsuliyyət tələb olunur. Tacikistan bunu etməyə hazırdır. Tacikistan tarixində ilk dəfə 2028-2029-cu illər üçün Təhlükəsizlik Şurasına namizədliyini irəli sürür”, – o bildirib.
Xarici işlər nazirinin sözlərinə görə, beynəlxalq əməkdaşlıq üçün effektiv BMT-yə ehtiyac var.
Buna görə də Tacikistan “BMT-80” adlı davam edən islahat prosesini dəstəkləyir.
Bu ad təşkilatın ötən il qeyd olunan 80 illik yubileyinə istinad edir.



