AZERFAX TV

Salyanda yük və minik avtomobilləri toqquşdu

Salyan rayonunda qoşqulu yük maşını ilə minik avtomobili toqquşub.

AZERFAX.AZ xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun Kürqaraqaşlı kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Volvo” markalı qoşqulu yük maşınının sürücüsü Sərxan Tağıyev, həmçinin “VAZ-2107” markalı minik avtomobilinin sürücüsü Əlvan Kərimov və sərnişinləri – Şəhla Eyniyeva, Fatimə Eyniyeva, Rahib Eyniyev xəsarət alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button