Ölkə

Bayramov və Fidan arasında telefon danışığı oldu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla telefonla danışıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin gündəliyi, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Related Articles

Bir cavab yazın

Back to top button