AZERFAX TV

Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Zəfərin əldə edilməsində öz həyatlarını qurban verən bütün şəhidlərimizin əziz xatirəsini bu gün ehtiramla yad edirik. Prezident İlham Əliyevin Sərəncamı ilə 27 Sentyabr – Anım Gününün təsis edilməsi Zəfərin əldə olunmasında rəşadət göstərmiş, həyatlarını qurban vermiş şəhidlərimizi yalnız yad etmək üçün 0deyil, eyni zamanda, bu gənc nəslə böyük mesajdır.

AZERFAX.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

“Bu baxımdan, bizim gənc nəslin belə tədbirlərdə iştirakı əsl vətəndaş kimi yetişmələri üçün çox vacibdir. Azərbaycanın gələcəyinin daha parlaq olması üçün onlar öz bilik və bacarıqlarını, öz səylərini əsirgəməməlidirlər”, – deyə o qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button