Ölkə

“Qarşıdakı qurultay növbədənkənar deyil” – Tahir Budaqov

“Qarşıdakı qurultay növbədənkənar deyil və partiyanın nizamnaməsinə uyğun olaraq ənənəvi şəkildə 5 ildən bir keçirilir”.

AZERFAX.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib. O bildirib ki, YAP-ın qurultayına hazırlıq prosesi davam edir:

“Təbii ki, qurultayın gündəliyində, ilk növbədə, 5 il ərzində partiyanın keçdiyi yola nəzər salınacaq və bəzi məsələlər müzakirə ediləcək. Nizamnamədən irəli gələn məsələlərə baxılacaq”.

Qeyd edək ki, YAP-ın VIII qurultayının oktyabrın 2-də keçirilməsi nəzərdə tutulur.

Related Articles

Bir cavab yazın

Back to top button