AZERFAX TV
Polşada “Patriot” istehsalı zavodu inşa ediləcək?

Polşa “Patriot” zenit-raket komplekslərinin istehsalı üçün zavodun ölkə ərazisində qurulmasını təklif edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarnetska danışıb.
Onun sözlərinə görə, “Patriot” istehsalının Ukraynada həyata keçirilməsi planlaşdırılırsa, zavodun Polşada, “təhlükəsiz ərazi” hesab olunan bölgədə yerləşdirilməsi daha məqsədəuyğundur.
Nazir müavini qeyd edib ki, zavodun Polşada tikilməsi ABŞ hakimiyyətinin Ukrayna ilə bağlı qərarından asılı deyil.



