Ölkə
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi


Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verdiyini açıqlayıb.
AZERFAX.AZ xəbər verir ki, o, xalqa müraciəti zamanı bunun prezident kimi vətəndaşlara son çıxışı olduğunu bildirib.
“Bu gün mənim istefamı elan etdiyim gündür”, – deyə Vuçiç qeyd edib.
O, çıxışında vətəndaşların ona iki dəfə etimad göstərdiyini xatırladaraq təşəkkür edib və Serbiyanı qarşıda yeni mərhələnin gözlədiyini bildirib.
Qeyd edək ki, Vuçiç 2017-ci ildə prezident seçilib, 2022-ci ildə isə ikinci müddətə bu vəzifəyə başlayıb. İkinci prezidentlik müddəti 2027-ci ildə başa çatmalı idi.



