AZERFAX TV

Yəmən husilərə qarşı ümumi səfərbərlik elan edir

Yəmən parlamenti ümumi səfərbərliyin elan edilməsini təsdiqləyib.

AZERFAX.AZ “Al Hadath”a istinadən xəbər verir ki, Yəmən parlamenti husilərin hərbi eskalasiyasına qarşı ümumi səfərbərliyin elan edilməsi ilə bağlı müraciəti təsdiqləyib.

Müraciəti Yəmənin Prezident Rəhbərlik Şurasının sədri və ali baş komandan Rəşad əl-Alimi göndərib.

Qərar sentyabrın 28-də parlamentin spiker Sultan əl-Bərkaninin sədrliyi ilə videobağlantı formatında keçirilən iclasında qəbul olunub.

Ümumi səfərbərlik vətəndaşların, ölkənin suverenliyinin və ərazi bütövlüyünün, eləcə də respublika quruluşu və konstitusiya qanuniliyinin qorunmasına yönəlib.

Parlament ölkədə və regionda vəziyyəti “son dərəcə mürəkkəb” qiymətləndirib və səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.

Qərara əsasən, səfərbərlik Konstitusiyaya uyğun həyata keçiriləcək, elan edildiyi gündən qüvvəyə minəcək və onu zəruri edən səbəblər aradan qalxdıqdan sonra başa çatacaq.

Xatırladaq ki, əl-Alimi sentyabrın 25-də ümumi səfərbərliyə çağırış edib. Sentyabrın 27-də isə bunun təsdiqlənməsi üçün parlamentə təcili məktub göndərib.

Related Articles

Bir cavab yazın

Back to top button