Ölkə
Azərbaycan–Küveyt media əməkdaşlığının inkişafı müzakirə olundu


Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov bu ölkənin Xəbər Agentliyinin (KUNA) dikrektoru vəzifəsini icra edən Məhəmməd əl-Mənnai ilə görüşüb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycanın Küveytdəki səfirliyi “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.
Tərəflər Azərbaycan-Küveyt media əməkdaşlığının inkişafı və ölkələrin xəbər agentlikləri arasında informasiya mübadiləsinin genişləndirilməsi imkanlarını müzakirə ediblər.



