Ölkə

Jesus Ronaldo barədə danışdı – “Üzr istəməyəcəm”

Portuqaliya millisinin baş məşqçisi Joze Jesus Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.

AZERFAX.AZ xəbər verir ki, onun sözlərinə görə, Ronaldo “Əl-Nəsr”də çıxış etdiyi müddətdə milliyə qayıtmaq istəsə, növbəti heyətə dəvət olunacaq. Jesus futbolçunun gələcəyi ilə bağlı qərarını bilmədiyini, lakin onun milli komanda üçün xüsusi simvolik əhəmiyyət daşıdığını qeyd edib. O, Ronaldo ilə bağlı qərarın özü üçün əvvəlcədən problem olmadığını və məşqçi kimi müəyyən prinsiplərə sadiq qaldığını vurğulayıb. Jesus həmçinin yaranmış vəziyyətə görə heç kimdən üzr istəməyəcəyini deyib.

Baş məşqçi problemin futbolçunun isinməsi zamanı qəbul edilən qərardan qaynaqlandığını bildirib və “Nəyə görə üzr istəyim? Kimdən?” deyə qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button