Ölkə
Tez aşiq olan bürclər


Astroloqların proqnozlarına görə, bəzi bürclər hisslərinə daha tez qapılaraq sevgiyə bağlanırlar.
AZERFAX.AZ xəbər verir ki, onlar qarşı tərəfə maraq yarandığı ilk andan etibarən münasibətə emosional yanaşmağa meyllidirlər.
Qoç: Qoç bürcü hisslərini uzun müddət analiz etmədən hərəkətə keçməsi ilə seçilir. Kiməsə qarşı maraq hiss etdikdə bunu tez bir zamanda sevgiyə çevirə bilirlər. Münasibətə böyük həvəs və ehtirasla başlayan Qoçlar ilk addımı atmaqdan çəkinmirlər.
Balıqlar: Balıqlar romantik və xəyalpərəst təbiətləri ilə tez aşiq olmağa meyllidirlər. Onlar qarşı tərəfi tam tanımadan belə onunla bağlı ideal sevgi təsəvvürü yarada bilirlər. Güclü emosiyaları və empatiyaları səbəbindən sevdikləri insana qısa zamanda bağlanırlar.



