Ən çox qazanan futbolçular – Siyahı


Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu statusunu qoruyub.
AZERFAX.AZ xəbər verir ki, “Sportico” 2026/27 mövsümündə ən yüksək gəlir əldə edəcəyi gözlənilən futbolçuların reytinqini açıqlayıb. Siyahının ilk pilləsində “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo yer alıb. Portuqaliyalı ulduzun ümumi gəlirinin 300 milyon dollar olacağı proqnozlaşdırılır. Bunun 250 milyon dolları futbol fəaliyyətindən, 50 milyon dolları isə meydandan kənar gəlirlərdən formalaşacaq.
Ən çox qazanan 10 futbolçu:
Kriştiano Ronaldo (“Əl-Nəsr”) – 300 milyon dollar
Lionel Messi (“İnter Mayami”) – 150 milyon dollar
Kililan Mbappe (“Real Madrid”) – 105 milyon dollar
Erlinq Haaland (“Mançester Siti”) – 85 milyon dollar
Vinisius Junior (“Real Madrid”) – 67 milyon dollar
Sadio Mane (“Əl-Nəsr”) – 54 milyon dollar
Lamin Yamal (“Barselona”) – 47 milyon dollar
Cud Bellinqem (“Real Madrid”) – 45 milyon dollar
Harri Keyn (“Bavariya”) – 42 milyon dollar
Məhəmməd Salah (“Trabzonspor”) – 40 milyon dollar.



