Ölkə

Mikromobillik vasitələrindən istifadə edənlərin sayı artıb

Bu ilin sentyabrında Bakıda mikromobillik vasitələri 547 758 dəfə sifariş olunub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 %-dən çox artım deməkdir.

Həmçinin ötən ay velosiped və skuterlərdən 264 050 nəfər istifadə edərək 2 647 688 kilometr məsafə qət edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə mikromobillik vasitələrindən istifadə edənlərin sayı 19 %, qət edilən məsafə isə 98 %-dən çox artıb.

Related Articles

Bir cavab yazın

Back to top button