Ölkə

Ukraynada daha bir azərbaycanlı həlak olub

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə daha bir azərbaycanlı öldürülüb.

AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü həkim, tibb elmləri namizədi Vahab Ramazan oğlu Quliyev Ukraynanın Kupyansk istiqamətində gedən döyüşlər zamanı Rusiya tərəfinin dron hücumu nəticəsində həlak olub.

30 ildən çoxdur Ukraynada yaşayan V.Quliyev məşhur “Nənələr” folklor ansamblının üzvü Xanımbacı Quliyevanın oğludur.

Məlumata əsasən, mərhumun nəşi artıq Azərbaycana gətirilib, onun doğulduğu kənddə dəfn olunması üçün hazırlıq işləri görülür.

Related Articles

Bir cavab yazın

Back to top button