AZERFAX TV
Tramp HƏMAS-ın hücumlarının ildönümündə Netanyahuya zəng etdi

ABŞ Prezidenti Donald Tramp HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunun üçüncü ildönümündə İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.
AZERFAX.AZ xəbər verir ki, Donald Tramp bu barədə Ağ Evdə jurnalistlərə bildirib.
ABŞ Prezidenti Netanyahuya və İsrail xalqına xoş arzularını çatdırdığını deyib.
“Qarşı tərəf bu hücumlara görə çox böyük qiymət ödəyir”, – deyə Tramp vurğulayıb.



