AZERFAX TV

85 yaşlı qadın küçədə zorlandı

Vyanada 85 yaşlı qadın gecə saatlarında evə gedərkən naməlum şəxsin hücumuna məruz qalıb. Polis şübhəlini axtarır.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Kronen Zeitung” məlumat yayıb.

Qadın Mərkəzi dəmiryol vağzalından evinə gedərkən yolda naməlum kişi onu izləməyə başlayıb. Şəxs daha sonra qadına hücum edərək onu yaşayış binasının həyətinə sürükləyib və zorlayıb.

Yoldan keçən bir neçə şəxs qadının kömək çağırışlarını eşidib və hadisə yerindən qaçan kişini görüblər. Zərərçəkən xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti barədə əlavə məlumat açıqlanmayıb.

Polis hadisə ilə bağlı araşdırma aparır.

AZERFAX.AZ

Related Articles

Bir cavab yazın

Back to top button